Rusiya Qərbə xəbərdarlıq edib: Ukraynaya hərbi qüvvə göndərilməsi qəbuledilməzdir
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova Qərb ölkələrinin hərbi qüvvələrinin Ukraynaya yerləşdirilməsini qəbuledilməz adlandırıb. O bildirib ki, “sülhməramlı” adı ilə göndəriləcək hərbçilər Rusiya Silahlı Qüvvələri üçün legitim hədəf olacaq.
Zaxarova, eyni zamanda, Rusiya–ABŞ münasibətlərinin normallaşdırılmasının mürəkkəb proses olduğunu qeyd edib. ABŞ və Yaponiyanın Rusiya sərhədləri yaxınlığında keçirdiyi birgə hərbi təlimlər isə Moskva tərəfindən təhlükəsizlik üçün potensial təhdid kimi qiymətləndirilib.
TRT Haber
Mələk Hüseynova
