Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb
Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"İnformator.az" "APA"ya istinadən xəbər verir ki, bu barədə Rusiya mediası Almaniya XİN-ə istinadən məlumat yayıb.
Rusiyanın Almaniyaya, onun Avropa İttifaqındakı tərəfdaşlarına və Ukraynaya qarşı apardığı kiberkampaniyanın səfirin XİN-ə çağırılmasına səbəb olduğu bildirilib.