Rusiya və Myanmanın nüvə enerjisi sahəsində yeni əməkdaşlığı
Rusiya Dövlət Nüvə Enerji Təşkilatı Rosatom nümayəndə heyətinin Myanmaya işgüzar səfəri zamanı iki ölkə arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə və digər əlaqəli yüksək texnologiya sahələrində əməkdaşlıq səylərinin ilk nəticələri qiymətləndirilib.
İnformator.az TRT Haber-ə istinadən bildirir ki, səfər zamanı Rosatom-un baş direktorunun müavini Nikolay Spasski və Myanma elm və texnologiya nazirinin müavini Aunq Zeya arasında birgə koordinasiya komitəsinin ilk iclası baş tutub.
Görüşdə Rusiya və Myanma rəsmiləri tənzimləyici bazanın yaradılması, nüvə infrastrukturunun inkişaf etdirilməsi, kadrların hazırlanması və Myanmada ictimaiyyətlə fəaliyyət kimi məsələləri müzakirə ediblər.
Görüşdən sonra birgə protokol imzalayan iki ölkə nüvə enerjisi sahəsində əməkdaşlığın yeni səviyyəsinə keçid edib. Nüvə enerjisi ilə yanaşı, müvafiq nazirliklər arasında əməkdaşlığın mühüm istiqamətləri Rusiya layihəsi əsasında enerji bloklarının tikintisi və Beynəlxalq Atom Enerjisi uyğun olaraq Myanmada nüvə infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılaraq qiymətləndirilib.
Rusiya Federasiyası ilə Myanma arasında birgə əlaqələndirmə komitəsi atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığa dair fevralın 6-da imzalanmış hökumətlərarası sazişdən sonra yaradılıb.
Aydan Qasımova
