00:00:00
Yazar
Zəri Bayramlı
02.07.2026 15:13 19 1 dəq oxuma
Dünya

Rusiyanın İsveçdəki səfirliyi dron hücumuna məruz qalıb

Rusiyanın İsveçdəki səfirliyi dron hücumuna məruz qalıb

İyulun 1-dən 2-nə keçən gecə ərzində Rusiyanın İsveçdəki diplomatik nümayəndəliyinə pilotsuz uçuş aparatları vasitəsilə növbəti dəfə hücum təşkil edilib.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, hadisə gecə saat iki radələrində qeydə alınıb.

 

"Kvadrokopterlərdən biri diplomatik missiyanın həyətinə içərisində qırmızı boya olan qab tullayıb. Üzərinə əldəqayırma partlayıcı maddənin maketi bərkidilmiş digər pilotsuz aparat isə (böyük ehtimalla məqsədyönlü şəkildə) Rusiya səfirliyinin binasının düz yanına, bizim əraziyə çırpılıb", - deyə rəsmi açıqlamada vurğulanıb.

#məruz #dron #gündəm #azərbaycan #hücumuna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər