00:00:00
Yazar
Güllər Gülhüseynova
02.07.2026 16:39 22 1 dəq oxuma
Dünya

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 20-yə çatıb 

Rusiyanın Kiyevə zərbələri nəticəsində ölənlərin sayı 20-yə çatıb

Rusiyanın Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko teleqramda bildirib.

 

"Təəssüf ki, bugünkü hücumun qurbanlarının sayı artıb. Hazırda 20 nəfərin öldüyü məlumdur", - o yazıb.

 

Daha əvvəl bildirilmişdi ki, iyulun 2-nə keçən gecə Rusiya qoşunları 74 raket və müxtəlif tipli 496 pilotsuz uçuş aparatı daxil olmaqla, 570 hava hücumu vasitəsi ilə Ukraynaya zərbə endirib. Zərbənin əsas istiqaməti Kiyev olub.

 

Ukrayna tərəfinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri 48 raket və 476 pilotsuz uçuş aparatı da daxil olmaqla, 524 hava hədəfini məhv edib.

#yeni #ölənlərin #sayı #20-yə #zərbələri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər