Rusiyanın müdafiə, enerji obyektlərinə və hərbi aerodromlara zərbələri
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Kiyev şəhəri və Kiyev vilayətində yerləşən müdafiə sənayesi, yanacaq və enerji obyektlərinə kütləvi zərbələr endirib.
Bildirilib ki, hücumlar Kiyev tərəfinin Rusiyanın mülki infrastrukturuna qarşı həyata keçirdiyi hücumlara cavab olaraq həyata keçirilib.
Nazirliyin açıqlamasında qeyd olunur ki, zərbələr uzunmənzilli, yüksək dəqiqlikli quru, hava və dəniz bazalı silahlar, eləcə də zərbə tipli pilotsuz uçuş aparatları vasitəsilə icra edilib. Hücumlar həmçinin Dnepropetrovsk, Poltava, Çerkası, Çerniqov və Kiyev vilayətlərində yerləşən hərbi aerodrom infrastrukturunu hədəf alıb.
TASS
Mələk Hüseynova