Rusiyanın xarici işlər naziri və ABŞ dövlət katibi “Ukrayna məsələsini” müzakirə ediblər
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə Ukrayna məsələsini müzakirə edib.
“Sergey Lavrov Moskvanın Ukrayna böhranının köklü səbəblərini hərtərəfli həll etmək üçün amerikalı həmkarları ilə əməkdaşlıq səylərini davam etdirməyə hazır olduğunu bir daha bəyan edib”, - Rusiya Xarici İşlər Nazirliyinin görüşlə bağlı bəyanatında deyilir.
“İki nazir, xüsusilə Amerika və Avropa rəsmilərinin gələn həftə Ukrayna nümayəndələri ilə planlaşdırdıqları görüşlər fonunda sürətli kommunikasiya kanallarının saxlanması zərurəti barədə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı