00:00:00
Yazar
Elmira Ağayeva
08.07.2026 20:49 23 1 dəq oxuma
Siyasət

Rusiyaya gecə PUA hücumları: 1 nəfər ölüb, tankerlərə ziyan dəyib

Rusiyaya gecə PUA hücumları: 1 nəfər ölüb, tankerlərə ziyan dəyib


Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyaya gecə saatlarında həyata keçirdiyi hücumlar nəticəsində azı bir mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb, həmçinin iki tankerə ziyan dəyib.


Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 7-si saat 20:00-dan iyulun 8-i saat 08:00-dək hava hücumundan müdafiə vasitələri Rusiya regionları, Qara dəniz və Azov dənizi üzərində ümumilikdə 415 Ukrayna PUA-sını məhv edib.


Məlumata əsasən, PUA-lar Belqorod, Bryansk, Volqoqrad, Voloqda, Voronej, Vladimir, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Samara, Saratov, Tula, Moskva, Krasnodar vilayətləri, Tatarıstan, eləcə də Krım, Qara dəniz və Azov dənizi üzərində vurulub.


Saratov vilayətində baş verən hücum nəticəsində bir mülki şəxs həyatını itirib, bir neçə nəfər xəsarət alıb. Taqanroq körfəzində iki tanker zədələnib, hadisə zamanı iki nəfər yaralanıb. Tatarıstanda da iki nəfərin xəsarət aldığı bildirilir.
 


TASS
Nuray Əliyeva

#Rusiya #Ukrayna #PUA
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər