Ruslar Xersonda bir-birini güllələyib: 21 ölü, 17 yaralı
Xerson Rusiya hərbi birləşmələri arasında atışma baş verib.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın ATEŞ partizan hərəkatı məlumat yayıb.
Məlumata görə, avqustun 19-da Xerson vilayətinin sol sahilində Rusiya ordusunun 24-cü motoatıcı alayının bölməsi ukraynalı diversantlar hesab edərək 127-ci briqadanın mövqelərinə atəş açıblar. Atışma zamanı 21 rusiyalı hərbçi öldürülüb, 17 nəfər isə yaralanıb.