00:00:00
Yazar
Zeynəb Yunuszadə
20.04.2026 21:43 23 1 dəq oxuma
Sosial

Şəhid ailələrinin problemini həll etmədiyi üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə təyinat 

Şəhid ailələrinin problemini həll etmədiyi üçün işdən çıxarılan Rəşad Əhmədəliyevin yerinə təyinat

Sumqayıt Şəhər İcra Hakimiyyətində yeni təyinat olub.

 

"İnformator.az" "Konkret.az"-a istinadla xəbər verir ki, şəhərin yeni baş memarı vəzifəsinə Fərid Məzahir oğlu Ərşadlı gətirilib.

 

Qeyd edək ki, bundan əvvəl həmin vəzifədə Rəşad Əhmədəliyev çalışıb.

 

Xatırladaq ki, Rəşad Əhmədəliyevin işdən çıxarılmasına səbəb fəaliyyətində yol verdiyi ciddi nöqsanlar olub. İddialara görə, sabiq baş memar şəhid ailələrini, qaziləri və digər sakinləri qəbul etməkdən yayınıb, onların müraciətlərinə laqeyd yanaşıb.

 

Həmçinin, onun şəhərdə qeyri-qanuni tikintilərin aparılmasına şərait yaratması ilə bağlı şikayətlər olub. Bundan əlavə, mediada Rəşad Əhmədəliyevin çoxsaylı mülkləri və bahalı avtomobilləri barədə məlumatlar yayılmışdı.

#baki #əhmədəliyevin #həll #etmədiyi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər