Səudiyyə Ərəbistanı İraqa nota göndərib
İraqın Səudiyyə Ərəbistanındakı səfiri Sufi Talib əs-Süheyli Xarici İşlər Nazirliyinə çağırılıb.
“İnformator.az” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının XİN-i məlumat yayıb.
Bildirilib ki, diplomata krallığa və körfəz ölkələrinə hücumlar və təhdidləri pisləyən etiraz notası təqdim edilib.
Həmçinin qeyd edilir ki, İraq hökumətinin bu cür təhdid və hücumların qarşısını almaq üçün məsuliyyət daşıması vacibdir.