00:00:00
Yazar
Admin User
31.05.2023 17:30 314 1 dəq oxuma
Dünya

Süni intellektin təhlükəsinə qarşı bəyanat imzaladı

Süni intellektin təhlükəsinə qarşı bəyanat imzaladı

Ötən günün ən mühüm müzakirə mövzularından biri də süni intellektlə bağlı növbəti xəbərdarlıq olub.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, ötən gün OpenAI və Google Deepmind-in rəhbərləri ilə birlikdə bir neçə ekspert süni intellektin bəşəriyyətin yox olmasına səbəb ola biləcəyi barədə bəyanat imzalayıb.

 

Aİ Təhlükəsizlik Mərkəzinin saytında dərc edilən bəyanatda "Aİ-dən yox olma riskinin azaldılması epidemiyalar və nüvə müharibəsi kimi digər sosial miqyaslı risklərlə yanaşı qlobal prioritet olmalıdır", - deyə qeyd edilib.

 

Bəyanat texniki şirkət rəhbərləri, jurnalistlər, siyasətçilər və alimlər tərəfindən imzalanıb. Süni intellektin "ideya atası" olaraq xarakterizə edilən və daha əvvəl süni intellektin riskləri ilə bağlı xəbərdarlıqlar edən Geoffrey Hinton çağırışı dəstəkləyib.

 

Qeyd edək ki, 75 yaşlı Hinton bu yaxınlarda Google-dakı vəzifəsindən istefa verib.

 

Fatimə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər