00:00:00
Yazar
Admin User
25.06.2025 08:36 163 1 dəq oxuma
Sosial

Sabah Bakıda 33 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

Azərbaycan ərazisində iyunun 26-na gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.

"İnformator.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Vurğulanıb ki, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək.

 

Bildirilib ki, havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 7-12° isti, gündüz 18-23° isti olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər