Saxta Putin səfərbərlik elan etdi, ortalıq qarışdı
Bəzi televiziya və radio kanallarında Rusiya prezidenti Vladimir Putinin deepfake texnologiyası ilə hazırlanmış videosu yayımlanıb. Xalqa müraciət videosunda saxta Putinin hərbi vəziyyət və hərbi səfərbərlik elan etməsi eşidilir.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Kreml hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Ukraynanın üç sərhəd bölgəsini işğal etdiyini deyən yalançı Putin bu bölgələr üçün də boşaltmaq çağırışı edir. Ukraynanın "təhlükəli və məkrli düşmən” kimi təsvir olunduğu görüntüdə səfərbərliyə çağırış da yer alır.
Rusiyanın "Mir” ictimai yayımının mətbuat xidmətindən TASS agentliyinə radio və televiziya kanallarının hadisə ikə bağlı yarım saatdan bir qədər çox müddətə kəsildiyi bildirilib.
Sözügedən yayımdan sonra açıqlama verən Kreml görüntülərin Putinə aid olmadığını açıqlayıb. Kremlin sözçüsü Dmitriy Peskov hadisəni "hakerlərin əməliyyatı” kimi qiymətləndirib və araşdırmaya başlanıldığını açıqlayıb.
