"Saziş təsdiq ediləcək"
Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin ictimai səhiyyə sahəsində əməkdaşlığına aid saziş təsdiq ediləcək. Bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.
Layihəyə əsasən, Azərbaycan MDB-nin iştirakçı dövlətlərinin fövqəladə vəziyyətlərin qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında 2015-ci il 16 oktyabr tarixli Sazişin iştirakçısı olmadığı üçün özünü həmin Sazişin müddəaları ilə bağlı hesab etmir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Vaqif Hüseyn bildirib ki, bu məsələdə MDB iqtisadiyyat və ictimai səhiyyə sahəsində kövrək yanaşmalar edib:
“Azərbaycan və Ermənistanın iştirakı olmadan digər dövlətlərin səyi nəticəsində hər hansı bir sazişin imzalanması o qədər də ciddi nəticə doğurmayacaq. MDB SSRİ dağıldıqdan sonra yaransa da, ictimai səhiyyə sahəsində əlaqələri quran və genişləndirən bir qurumdur. MDB-nin yanı sıra bu işlərlə yaxından məşğul olan, fərqli dövlətlərdə fəaliyyət göstərən, mədəniyyət, təhsil və diaspor fəaliyyəti ilə məşğul olan təşkilatlar vardır”.
Aygün Babayeva