00:00:00
Yazar
Səadət Əlizadə
17.07.2026 10:29 20 1 dəq oxuma
Siyasət

SEPAH ABŞ-nin Omandakı radar sistemlərinə zərbələr endirib

SEPAH ABŞ-nin Omandakı radar sistemlərinə zərbələr endirib

İran ABŞ-nin Omandakı hava və dəniz nəzarət radarlarına hücum edib.

 

"İnformator.az"ın xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

 

Məlumatda bildirilib ki, İrana hücumlara cavab əməliyyatlarının davamı olaraq bu gün səhər saatlarından etibarən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ-nin Omanın Salama qayalarında yerləşən dəniz nəzarət radarını və Qanam bölgəsində yerləşən hava nəzarət radarını hədəfə alaraq məhv edib.

 

Eyni zamanda, İranın cavab əməliyyatlarının qətiyyətlə davam etdiyi və Hörmüz boğazına nəzarətin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əlində olduğu vurğulanıb.

#radar #abş-nin #gündəm #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər