Serbiya məktəblərində "bomba xəbərdarlığı"
Serbiyada bəzi məktəblər "bomba xəbərdarlığı"na görə boşaldılıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Belqradın 115 məktəbinin elektron ünvanlarına məktəblərə partlayıcıların yerləşdirildiyi barədə bildirişlər göndərilib. Xəbərdarlığa əsasən hərəkət edən Serbiya polisi müvafiq məktəblərdən şagirdləri, müəllimləri və əməkdaşlarını təxliyə edib.
Qeyd edək ki, ötən günlərdə Serbiyada məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb.
Sayad
