Serbiyada daşqın: 42 şəhər və rayonda fövqəladə vəziyyət elan edildi
Serbiyada güclü yağışdan sonra baş verən daşqınlar nəticəsində 42 şəhər və rayonda fövqəladə vəziyyət elan edildiyi açıqlanıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, mayın 26-dan etibarən yağışların fasilələrlə davam etdiyini və qrupların müvafiq bölgələrdə olduğunu bildirən Kausiç bu gün səhər saatlarına kimi 55 nəfərin təxliyə edildiyi barədə məlumat paylaşıb. Makva çayının daşması nəticəsində Kralyevo şəhəri yaxınlığındakı İbar şosesindəki körpünün sel nəticəsində zədələndiyini bildirən Kausiç ölkə daxilində bir çox yolun nəqliyyata bağlandığını ifadə edib.
Bir çox ev və iş yerinin də su altında qaldığını əlavə edən Kausiç bir çox çayın daşdığını qeyd edib. Serbiya Meteorologiya İnstitutundan verilən açıqlamada yağışların bu gün də davam edəcəyi ilə bağlı xəbərdarlıq edilib.
Sayad
