Şimali Koreya lideri ölkəsinin ilk hərbi casus peykini yoxlayıb
Şimali Koreya lideri Kim ölkəsinin ilk hərbi casus peykini yoxlayıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbət verir ki, Hakim İşçi Partiyasına yaxınlığı ilə bilinən milli Rodong Sinmun qəzeti Kim və qızının ağ laboratoriya xalatlarında obyektə baxış keçirərkən çəkilmiş fotolarını dərc edib.
Şimali Koreyanın rəsmi xəbər agentliyi hərbi casus peykinin elm adamları tərəfindən tədqiq edildiyini və bəzi sınaqlardan keçdikdən sonra raketə yüklənməyə hazır olduğunu bildirib. Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Şimali Koreyanın hələ də peykin orbitə buraxılması ilə bağlı beynəlxalq orqanlara məlumat vermədiyi və orbitə buraxılacağı təqdirdə "regional sülh və sabitliyi təhdid edəcəyi" vurğulanıb.
Sayad
