00:00:00
Yazar
Admin User
18.04.2025 16:57 143 1 dəq oxuma
Dünya

Sırrı Süreyya Önderin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama

Sırrı Süreyya Önderin sağlamlıq vəziyyəti ilə bağlı açıqlama

Xəstəxanadan Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyası İstanbul Millət vəkili Sırrı Süreyya Önderin vəziyyəti ilə bağlı verdiyi açıqlamada "Ümumi vəziyyəti eynidir, reanimasiya stabilliyini dünənki parametrlərə uyğun olaraq davam etdirir. Xəstəmiz yüksək risklidir və həyatı təhlükədə davam edir", - deyə bildirilib.

 

Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sırrı Süreyya Önder ürək xəstəliyi səbəbilə Şişlidəki özəl xəstəxanalardan birinə aparılıb və təxminən 12 saat davam edən əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. 

 

Müalicəsi reanimasiyada davam edən Önderin sağlamlıq durumu ilə bağlı xəstəxanadan yeni açıqlama verilib.

 

Açıqlamada, "Xəstəmiz cənab Sırrı Süreyya Önderin reanimasiya müalicəsi prosesi davam edir. Ümumi vəziyyəti eynidir, reanimasiya stabilliyini dünənki parametrlərə uyğun olaraq davam etdirir. İnfeksiya və iltihab baxımından müalicələrimiz davam edir. Xəstəmiz yüksək risk altındadır və həyatı təhlükədə davam edir",- deyildi.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər