00:00:00
Yazar
Admin User
22.06.2025 10:24 190 1 dəq oxuma
Sosial

Şirvanda yük qatarlarının hərəkəti bərpa olunub

Şirvanda yük qatarlarının hərəkəti bərpa olunub

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Şirvanda yük avtomobilinin dəmir yolu ötücüsünə ciddi zərər yetirməsi səbəbindən məhdudlaşdırılan hərəkəti bərpa edib.

 

Bu barədə "İnformator.az"a ADY-dən bildirilib.

 

Xatırladaq ki, iyunun 20-də axşam saatlarında Şirvanda “Mercedes” markalı 90 JT 063 nömrəli yük avtomobilinin sürücüsü dəmir yolu ötücüsünə yaxınlaşarkən hündürlüyün məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkəti davam etdirib, nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək dəmiryol infrastrukturuna ciddi zərər vurub. Nəticədə ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb.


ADY hadisədən sonra qatarların hərəkətinin bərpası istiqamətində operativ tədbirlər görüb, əlavə yol çəkib.


Yük qatarlarının hərəkəti 22 iyun saat 11:30-dan etibarən bərpa olunub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər