SOCAR və Çinin "Seven LTD" şirkəti arasında Çərçivə Sazişi imzalanıb
Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası "Seven LTD" arasında Çərçivə Sazişi imzalanıb. Sazişin Prezident İlham Əliyev və "China National Chemical Engineering" (CNCEC) şirkətinin sədri Mo Dinqqının iştirakı ilə mübadiləsi olub.
Bu məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert "İnformator.az"a açıqlamasında bildirib ki, artan ekoloji təzyiqlərə uyğunlaşdırmalıdır:
"Neft-kimya sənayesi, xüsusilə Asiyada qablaşdırma, elektronika və avtomobil sənayesi kimi sektorların artan tələbi qarşılığında əhəmiyyətli bir artıma hazırlaşır. Baxmayaraq ki , müasir neft-kimya sənayesi xammal xərclərinin artması , təchizat zəncirlərinə təzyiq və biotexnologiyaya əsaslanan alternativlər kimi problemlərlə üzləşir. Qarşıdakı onilliklərdə neftə ümumi tələbat əsasən neft-kimya məhsulları hesabına təmin edilsə də, neft-kimya sənayesi artan rəqabəti nəzərə almalı və öz strategiyalarını dəyişən enerji mənzərəsinə və artan ekoloji təzyiqlərə uyğunlaşdırmalıdır. Digər tərəfdən , enerji saxlama sistemlərinə, xüsusən də elektrik nəqliyyat vasitələrinə və bərpa olunan enerjiyə artan tələbat , akkumulyatorlarda və digər komponentlərdə neft-kimya mənşəli materiallar üçün yeni imkanlar yaradır. Bu mənada, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə Çinin Milli Kimya Mühəndisliyi və Tikinti Korporasiyası “Seven LTD” arasında imzalanan Çərçivə Sazişi neft - kimya sahəsində yeni imkanlar vəd edir. İmzalanan sənəd eyni zamanda Azərbaycanda və üçüncü ölkələrdə birgə layihələrin icrasını da nəzərdə tutur".
Xədicə Məhərrəmli