00:00:00
Yazar
Admin User
19.05.2023 17:06 290 1 dəq oxuma
Dünya

Son 30 ildə dünyadakı böyük göllərin 53 faizi kiçildi

Son 30 ildə dünyadakı böyük göllərin 53 faizi kiçildi

“Science” akademik jurnalında dərc edilən araşdırmaya görə, 1992-2020-ci illər arasında dünyanın ən böyük 1972 gölündə kiçilmə müşahidə olunub. 

 

İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, göllərdəki su itkiləri peyk görüntülərindən istifadə edilərək araşdırılıb. Tədqiqatın nəticələri dünya şirin sularının 87 faizini təmin edən göllərin iqlim dəyişikliyi və insan fəaliyyəti nəticəsində getdikcə daha çox təhlükə altında olduğunu göstərib. Tədqiqatın nəticələrinə görə, son 30 ildə iri göllərin 53 faizi kiçilib, bütün iri su anbarlarının təxminən üçdə ikisi əhəmiyyətli itkilərə məruz qalıb. 

 

Kiçilmə və rezervuar itkiləri Qərbi Mərkəzi Asiyada, Yaxın Şərqdə, Qərbi Hindistanda, Şərqi Çində, Şimal və Şərqi Avropada, Okeaniyada, ABŞ-da, Kanadanın şimalında, Cənubi Afrikada və Cənubi Amerikanın əksər hissəsindəki göllərdə aşkar edilib.

 

Qeyd edək ki, dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizindəki daralma ümumi itkilərin 49 faizini və təbii göllərin həcminin azalmasının 71 faizini təşkil edib.

 

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, ötən il qlobal temperatur artımı sənayedən əvvəlki dövrlə müqayisədə 1,15 dərəcəyə çatıb.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər