00:00:00
Yazar
Admin User
06.02.2019 13:51 729 2 dəq oxuma
Sosial

Sosial şəbəkələr vasitəsi ilə yayılan oyunların zərərləri müzakirə edilib

Fevralın 6-da tarixində Bakı şəhəri 249 saylı orta məktəbdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial şəbəklərdən düzgün istifadə edirik?” adlı layihənin növbəti seminarı keçirilib.
Sosial şəbəkələr vasitəsi ilə yayılan oyunların zərərləri müzakirə edilib

Fevralın 6-da tarixində Bakı şəhəri 249 saylı orta məktəbdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial şəbəklərdən düzgün istifadə edirik?” adlı layihənin növbəti seminarı keçirilib.

Informator.az xəbər verir ki, seminarda çıxış edən layihənin könüllüsü, Bakı Dövlət Universitetinin tələbəsi Anar Rəsul sosial şəbəkələrin gənclərin həyatına təsirindən danışıb. O, bir gənc kimi internetin onun həyatında rolundan və istifadəsindən danışıb. “Beynəlxalq münasibətlər üzrə təhsil alıram və seminar materiallarının tapılmasında internet mənim üçün mühüm rol oynayır. Hər hansı bir diplomat haqqında məlumatın toplanması, yaxud dünyada gedən proseslər haqqında informasiya əldə edilməsində internetin rolu əvəzsizdir. Bundan başqa sosial şəbəkələrdə yaratdığımız qruplarda biz dərsliklərin elektron versiyasını paylaşırıq. Sosial şəbəkələr həm də mənim məktəb yoldaşlarımla əlaqə saxlamağım və mütəmadi danışmağım üçün bir vasitədir”, - A.Rəsul bildirib.

Layihənin eksperti, psixoloq Gülnara İnanc məktəblilərin aludə olduğu oyunların zərərli təsirlərindən danışıb. Bildirilib ki, sosial şəbəkələr vasitəsi ilə yayılan oyunlar yeniyetmə və gənclərdə aqresiyya, stres yaradır. “Sosial şəbəkələr vasitəsi ilə yayılan və dünyanın bir çox ölkəsində yayılan oyunlar yeniyetmə və gənclərin intiharına səbəb olub. Oyunun müxtəlif mərhələlərində gənclər özlərinə xəsarət yetirir, ətrafından uzaqlaşır. Hər bir kəs çalışmalıdır ki, ətrafındakı insanları bu cür zərərli təsirlərdən uzaq tutsun. Yeniyetmələr maariflənməli, sosial şəbəkələrdən müsbət istiqamətdə istifadənin yolları aşılanmalıdır”, - psixoloq qeyd edib.

Məktəbin direktoru Nizami Bayramov şagirdlərin sosial şəbəkələrin mənfi təsirindən uzaq durmasının vacibliyini qeyd edib. Onun sözlərinə görə, internet resurslarından dərs vəsaitlərinin axtarışı, sinifdənxaric oxu materiallarının tapılması üçün istifadə etməlidir. Məktəblilərin sosial şəbəkələrin zərərli təsirlərindən uzaq durması üçün həm valideynlər, həm də müəllimlər çalışmalı, zəruri tədbirlər görməlidir.

Seminar müzakirələrlə davam edib. Şagirdlərin sosial şəbəkələrlə bağlı verdiyi suallar cavablandırılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər