00:00:00
Yazar
Admin User
04.02.2019 18:07 726 2 dəq oxuma
Sosial

Sosial şəbəklərdən düzgün istifadə edirik?

4 fevral tarixində Bakı şəhəri 173 saylı orta məktəbdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial şəbəklərdən düzgün istifadə edirik?” adlı layihənin seminarı keçirilib.
Sosial şəbəklərdən düzgün istifadə edirik?

4 fevral tarixində Bakı şəhəri 173 saylı orta məktəbdə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sosial şəbəklərdən düzgün istifadə edirik?” adlı layihənin seminarı keçirilib.

Keçirilən seminarda məqsəd informasiya-kommunikasiya texnologiyalarının rolunun getdikcə artan müasir həyatımızda sosial şəbəkələrin gənclərə göstərdiyi mənfi və müsbət tərəflərinin araşdırılmasından ibarətdir. Bu məqsədlə seminada şagirdlərin iştirakı ilə müzakirə aparılıb.

Layihə rəhbəri Aysel Pirməmmədova sosial şəbəkələrin gənclərin həyatındakı rolundan, müsbət və mənfi təsirlərindən danışıb. Onun sözlərinə görə, bu internet resurslarından hansı məqsədlə istifadə etməsi onun fəaliyyətindən asılıdır. “Bir qrup insan sosial şəbəkələrdə uzaqda olan qohum və dostları ilə əlaqə saxlamaq, yaxud xəbərləri və yenilikləri görmək üçün istifadə edir. Digər qrup isə, burada özünün kiçik biznesini qurur və müəyyən məhsulların reklamı, ya da satışı ilə məşğul olur. Sadəcə vaxt itirmək, saxta adlarla insanları narahat etmək, eyni zamanda müəyyən təxribatçı qruplara qoşulmaq üçün şəbəkələrdən istifadə edənlər də az deyil. Maarifləndirmə, ətrafımızdakı insanlara təsir göstərmək yolu ilə bu tip insanları zərərli vərdişlərdən uzaqlaşdırmağa çalışmalıyıq”, - deyə layihə rəhbəri bildirib.

Daha sonra çıxış edən psixoloq Gülnarə İnanc deyib ki, bu gün insanların əksəriyyəti həyatlarını sosial şəbəkələrsiz təsəvvür etmirlər: "Amma bu o demək deyil ki, sosial şəbəkələr insan həyatına ancaq müsbət təsir edir. Psixoloqlar telefonların insan həyatı üçün narkotiklər qədər zərərli olduğunu deyir. Milonlarla insan telefon və internetə aludəçilikdən əziyyət çəkir. Bu aludəçilik insanı ətraf mühitdən, dostlarından, tanışlarından uzaqlaşdırır, ancaq virtual aləmə bağlayır. Bu da insan psixologiyasına çox mənfi təsir edir. Eyni zamanda, ailəli insanların sosial şəbəkələrdə çox vaxt itirməsi narazılığa, sonda isə ailənin dağılmasına səbəb olur."

“Gələcəyə Baxış” Avropaya İnteqrasiya İctimai Birliyinin sədri Bəsti Nəsibova bu sahədə bir çox layihələr keçirdiklərini qeyd edib. Onun sözlərinə görə, layihələr çərçivəsində aparılan müzakirələr zamanı bu mövzuda gənclər və orta yaşlı nəslin nümayəndələri arasında fikir ayrılığı olduğunun şahidi olub. “Böyüklər gənclər və yeniyetmələrin sosial şəbəkədə həddindən çox vaxt keçirdiyini və faydalı işlə məşğul olmadığını deyir. Gənclər isə əksinə, sosial şəbəkələr, eyni zamanda digər internet resurslarından dünyagörüşlərini artırmaq, müəyyən məlumat əldə etmək istiqamətində yararlandıqlarını diqqətə çatdırır. Həyata keçirilən işlər göstərir ki, maarifləndirmə genişləndirilməli və gənclər internet resurslarının zərərli vərdişlərindən uzaq tutulmaqlıdır”, - deyə QHT sədri bildirib.

Müzakirələrdə sosial şəbəbkələrin yaratdığı problemlər, ailələrə, yeniyetmə və gənclərin gələcək həyatına təsirləri ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda digər ölkələrdə gənclərin sosial şəbəkələrdən hansı məqsədlə istifadə etməsi ilə bağlı müqayisələr edilib, faydalı məsləhətlər verilib.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər