Soyğunda şübhəli üçün qırmızı bülleten
İstanbulun Böyükçekmece Ədliyyəsində baş verən soyğunla bağlı şübhəli şəxs Erdal Timurtaş barəsində qırmızı bülleten elan olunub.
Böyükçekmece Ədliyyəsinin əmanət bürosunda xidmətçi məmur vəzifəsində çalışan Erdal Timurtaşın uzun müddət işə gəlməməsi səbəbilə aparılan yoxlamalar zamanı 25 kiloqram qızıl və 50 kiloqram gümüşün oğurlandığı müəyyən edilib. Fakt aşkarlandıqdan sonra prokurorluq Erdal Timurtaş və otağın açarı olan Kemal D. barəsində saxlanılma qərarı verib. Aparılan araşdırmalar nəticəsində Erdal Timurtaşın həyat yoldaşı Esma Timurtaş və uşaqları ilə birlikdə 19 noyabr tarixində Sabiha Gökçen Hava Limanından İngiltərəyə uçduğu məlum olub. Digər şübhəli Kemal D. isə saxlanılıb.
TRT Haber
Səadət Əlizadə
