Stadionda yaşanan izdiham 12 nəfərin həyatına son qoydu
El Salvadorda azarkeşlərin paytaxt San Salvadordakı Cuscatlan stadionuna girməyə cəhd etməsindən sonra izdiham yaranıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, izdiham nəticəsində 12 nəfər vəfat edib.
Qeyd edək ki, xaos səbəbindən aralarında uşaq və qadınların da olduğu yüzlərlə insan yaralanıb.
