00:00:00
Yazar
Aydan Əsgərxanlı
05.07.2026 21:15 28 1 dəq oxuma
Dünya

Stoltenberq: NATO-nun əbədi mövcudluğuna heç kim zəmanət verə bilməz

Stoltenberq: NATO-nun əbədi mövcudluğuna heç kim zəmanət verə bilməz

NATO-nun keçmiş baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansının əbədi mövcudluğuna heç kim zəmanət verə bilməz.

 

"İnformator.az" xəbər verir ki, o, bunu "Der Spiegel" jurnalına müsahibəsində deyib.

 

"NATO-nun əbədi mövcudluğuna heç kim zəmanət verə bilməz. Amma düşünürəm ki, dövlət və hökumət başçıları indi gələcək ssenarilər barədə daha az spekulyasiya etməli və təcili olaraq lazım olan tədbirlərə diqqət yetirməlidirlər", - Stoltenberq bildirib.


Onun fikrincə, NATO-nun Avropa üzvü olan ölkələri müdafiə xərclərini daha əvvəl artırmağa başlamalı idilər.

 

"Onlar bunu etməyə başlayıblar; biz Almaniya da daxil olmaqla müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artdığını gördük. Amma təbii ki, bütün bunlar daha sürətli baş verə bilərdi", - alyansın keçmiş baş katibi qeyd edib.

 

#azərbaycan #yeni #zəmanət #mövcudluğuna #nato-nun
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər