Su müharibələri proqnozları nə dərəcədə realdır?
İqlim dəyişikliyi fonunda tez-tez gündəmə gələn əsas məsələlərdən biri də su çatışmazlığıdır. Qlobal araşdırmalar onu göstərir ki, dünya üzrə havanın təzadlı keçməsi gələcək on illiklərdə Yer kürəsində ciddi su böhranına səbəb olacaq. Lakin bununla yanaşı daha da qorxulu proqnozlar səsləndirilir. Artıq su müharibələrinin siqnalı verilir. Bəs maraqlıdır. hansı ölkələr su üzərindən mübarizə aparacaq?
Hələ 1995-ci ildə Dünya Bankının keçmiş vitse-prezidenti doktor İsmayıl Serageldin tərəfindən səsləndirilən bu fikirlər artıq reallığa çevrilir. Neft müharibələri bitdi, indi su müharibələrinin zamanı gəlib. BMT-nin statistikasına görə 2025-ci ilə qədər dünya əhalisinin üçdə ikisi su qıtlığı olan ərazilərdə yaşayacaq.Bundan beş il sonra isə dünyada təxminən 700 milyon insan su qıtlığı səbəbindən köç riski ilə üz-üzə qalacaq. Bu da öz növbəsində su çatışmazlığından doğacaq kütləvi sosial böhranların və müharibələrin xəbərçisidir. Mütəxəssislər yaranacaq vəziyyətə 2017-ci ildə Yəmən, Cənubi Sudan, Somali və Nigeriyanın bəzi bölgələrində yaşanan böyük quraqlığı misal göstərirlər.
Su müharibəsinin yaşanacağı ilk yerlərin isə Yaxın Şərq və Şimali Afrika ölkələri olacağı praqnozlaşdırılır. Çünki dünyada adambaşına suyun ən az düşdüyü yerlər məhz bu coğrafiyada yerləşir. Sözügedən müharibələri tətikləyəcək digər önəmli nünas isə transsərhəd suların yaratdığı münaqişələrin gələcəkdə yenidən gündəmə gəlməsidir. mübahisələrin ən aktuallarından biri 11 ölkədə sahili olan Nil çayıdır. Efiopiyanın, Nil çayının qolu olan Mavi Nil üzərində nəhəng hidroenergetika layihəsi çayın sahilində yerləşən dövlətlərlə xüsusilə də Misirlə siyasi gərginliyə səbəb olub. Çünki Nil çayı Misirin əsas su ehtiyatını təmin edir. Efiopiyanın tikintisini davam etdirdiyi su anbarı Misirin yuxarı axınında yerləşir ki, bu da Misirin su təminatınta azalmalar yaradacaq.Məhz buna görə də Misir bunu gələcək vədədə ekzistensial təhlükə kimi görür.
Dəclə və Fərat çayları ilə bağlı mübahisələr mövcuddur. Belə ki, Fərat üzərində yerləşən Suriya və İraq arasında keçmişdə müharibə həddinə çatan problemlər hələ də öz aktuallığını qoruyur.
Pakistan və Hindistan arasında su münaqişəsinə gəlincə, Hind çayı ilə bağlı narazılıqlar tez tez gündəmə gəlir. Digər tərəfdən, Qanq çayının sularının Hindistan və Banqladeş arasında bölünməsi, Brahmaputra çayının sularının Çin, Hindistan, Butan və Banqladeş arasında paylaşılması regionda ciddi fikir ayrılıqları yaradır.Xüsusilə, Çinin Brahmaputra çayı üzərində planlaşdırdığı bənd layihəsi Hindistanla əlaqələrini gərginləşdirən əsas amillərdəndir.
Orta Asiya da əhəmiyyətli su mübahisələri olan regiondur. Sovet dövründə başlayan yanlış su siyasəti nəticəsində Amudərya və Sırdəryanın sularının paylaşılması region ölkələri arasında qarşıdurma riskini qüvvədə saxlayır. İranla Əfqanıstan arasında gərginliyə səbəb olan Hilmənd və Hərirud çayları da regiondakı ən önəmli su münaqişəsi nöqtələrindən biridir.
İsmayıl
