Sudanda atəşkəs bitən kimi toqquşmalar şiddətləndi
Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında aprelin 15-dən bəri davam edən və iyunun 18-də başa çatan atəşkəs sonrası qarşıdurmalar yenidən güclənib.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, hadis şahidləri paytaxt Xartumun qərbində yerləşən Umdurman şəhərində ağır və yüngül silahlardan istifadə edilməklə ağır toqquşmalar baş verdiyini bildiriblər.
Sudan ordusunun verdiyi bəyanatda isə Mühəndislər Korpusu Xüsusi Əməliyyat Qüvvələrinin üsyançı qüvvələrlə əməliyyatlar apardığı ifadə olunub. Açıqlamada çoxlu sayda döyüş maşınının tam təchizatla əldə edildiyi bildirilib.
Fatimə
