Suriya prezidenti Əsəd 12 ildən sonra Səudiyyə Ərəbistanında
Suriya 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra yenidən Ərəb Liqasına qoşulacaq.
İnformator.az CNN-ə istinadən xəbər verir ki, 12 ildən sonra Səudiyyə Ərəbistanına səfər edən Suriya prezidenti Bəşər Əsəd sabah Ciddədə keçiriləcək Ərəb Liqasının 32-ci Sammitində iştirak edəcək.
Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirlərinin mayın 7-də Misirin paytaxtı Qahirədə keçirilən toplantıda Suriyanın birliyə qaytarılması ilə bağlı qəbul etdikləri qərardan sonra Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud Əsədi zirvə toplantısına dəvət edib.
Sayad
