Suriyada işimiz əslində yeni başlayır
Xarici işlər naziri Hakan Fidan bildirib: “Suriyada işimiz əslində indi yeni başlayır. Biz inanırıq ki, xarici müdaxilələrdən uzaq, sabit bir Suriya bölgəmiz üçün böyük bir əlavə dəyər olacaq. Türkiyə bu prosesdə dost və qardaş Suriya xalqının yanında qətiyyətlə dayanmağa davam edəcək”.
Xarici işlər naziri Hakan Fidan Xarici İşlər Nazirliyi “Sülh, Sabitlik və Rifah Yaradan Xarici Siyasət” mövzusu ilə təşkil olunan 16-cı Səfirlər Konfransının açılış çıxışını edib.
Fidan çıxışında Türkiyənin böhranlar qarşısında passiv bir izləyici deyil, strateji addımları ilə prosesləri formalaşdıran bir aktor olduğunu vurğulayaraq, sahədə atılan addımların regional və qlobal müstəvidə konkret əks-sədalarının görüldüyünü və görülməyə davam edəcəyini qeyd edib.
TRT Haber
Səadət Əlizadə
