00:00:00
Yazar
Admin User
10.04.2025 17:10 200 1 dəq oxuma
Dünya

"Suriyadakı qeyri-sabitliyə və təxribatlara səssiz qalmayacağıq"

"Suriyadakı qeyri-sabitliyə və təxribatlara səssiz qalmayacağıq"

Xarici işlər naziri Hakan Fidan, "Türkiyə olaraq təkcə İsrail deyil, bölgənin heç bir ölkəsi ilə münaqişə etmək niyyətimiz yoxdur. Amma Suriyanın yenidən Türkiyənin milli təhlükəsizliyini təhdid edəcək bir daxili münaqişəyə, əməliyyata, təxribata məruz qalmasını seyr edə bilmərik",- dedi.

 

Nazir Fidan CNN Türk canlı yayımında gündəmlə bağlı qiymətləndirmələr edib və sualları cavablandırıb. “Türkiyə olaraq təkcə İsraillə deyil, Suriyada heç bir ölkə ilə münaqişə etmək niyyətimiz yoxdur”.

 

Fidan Suriyanın müstəqil ölkə olduğunu bildirib. Suriya başda olmaqla bölgə ölkələri ilə bir araya gələn və başda terror təşkilatı DEAŞ-la mübarizə olmaqla təhlükəsizlik mövzularına diqqət yetirən platformanın “çox faydalı olduğunu” ifadə edən Fidan, “İsrailin bölgədəki bəzi genişlənmə ambisiyalarından istifadə edərək Suriyada təxribatlar yaratmağa çalışması qəbuledilməzdir”,- dedi. 

 

Fidan Türkiyənin bölgədəki heç bir ölkə ilə toqquşmaq istəmədiyini ifadə edərək, "Suriyanın yenidən daxili iğtişaşlara, Türkiyənin milli təhlükəsizliyini təhdid edəcək əməliyyatlara və ya təxribatlara məruz qalmasını seyr edə bilmərik. Sadəcə baxa bilmərik",- dedi. 

 

Nazir Fidan: "Türkiyə Suriya teatrında daha böyük hərbi müdaxiləyə hazırlaşır? Suriya həqiqətən də Türkiyənin dəstəyi ilə bir çox problemlərinin öhdəsindən gələ biləcək vəziyyətdədir. Əvvəl niyyətimiz var, sonra imkanımız,vizyonumuz var". 

 

Mənbə: TRT Haber

Çimnaz Telmanqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər