00:00:00
Yazar
Admin User
02.07.2025 07:19 157 1 dəq oxuma
Sosial

Şuşada mühüm tədbir başlayıb

Şuşada mühüm tədbir başlayıb

Şuşada İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının təşkilatçılığı ilə 6-cı İƏT biznes forumu keçirilir.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə keçirilən “İƏT Həftəsi” çərçivəsində baş tutur.

 

Forumun keçirilməsində məqsəd ECO regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir. Tədbirdə ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunacaq. Tədbir çərçivəsində “biznes-dövlət” (B2G), “biznes-biznes” (B2B) formatlarında görüşlər təşkil ediləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər