00:00:00
Yazar
Elmira Ağayeva
21.04.2026 19:50 45 2 dəq oxuma
Sosial

Tələbələr üçün endirimlər niyə azdır?

 

 

Tələbələr üçün endirimlər niyə azdır?

Tələbə həyatı yalnız dərslərdən ibarət deyil, həm də gündəlik xərclərlə mübarizə deməkdir. Son dövrlərdə tələbə endirimlərinin azlığı bu problemi daha da aktual edib.

Mövzu ilə bağlı “İnformator.az” həm tələbələrin, həm də ekspertin fikirlərini öyrənib. 

ADNSU tələbəsi Aysu Həsənova ən çox nəqliyyat və yemək sahəsində çətinlik çəkdiyini deyib:

 

“Nəqliyyatda tələbələr üçün endirimlərin olmaması xərcləri artırır. Bir də yemək məsələsi var. Xüsusilə “fast-food” məkanlarında qiymətlər baha olur, tələbələr üçün münasib imkanlar da yoxdur və nəticədə bu, gündəlik büdcəyə təsir edir”.

 

BDU tələbəsi Aytac Mustafayeva isə aldığı təqaüdün xərclərini qarşıladığını bildirib:

 

“Digər tələbələri də nəzərə alaraq deyə bilərəm ki,təqaüd hər kəsin xərclərini qarşılamır. Endirimlər çox olsa, bir çoxumuz üçün daha yaxşı olar. Bəzi tələbələr tələbə evində və yaxud da kirayədə yaşayır. Ərzaq ödənişlərini də özləri ödəyirlər. Ticarət mərkəzlərində və supermarketlərdə bəzi güzəştlərin tətbiq olunması bizim üçün faydalı olar”.

 

 

Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, tələbə endirimləri qanunla tənzimlənən məsələ deyil:

 

“Tələbə endirimlərini universitetlərin yaxınlığında yerləşən ictimai iaşə obyektləri daha çox müştəri cəlb etmək məqsədilə tətbiq edir. Bununla bağlı əsas yük daha çox biznesin üzərinə düşür.Biznesin bu məsələlərə marağı var.Ona görə də bəzi ölkələrdə biznes üçün də müəyyən təşviq proqramları olur. Məsələn, onlara xüsusi vergi güzəştləri tətbiq olunur. Bu nöqteyi nəzərdən baxanda burada dövlətin də müəyyən rolu ola bilər. Əgər tələbə endirimləri olacaqsa, bunu edən kafelərə, ticarət şəbəkələrinə də vergi güzəştləri tətbiq oluna bilər”.

 

Nuray Əliyeva

 

#Tələbə #təqaüd #xərclər #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər