00:00:00
Yazar
Admin User
14.04.2025 07:34 92 2 dəq oxuma
Dünya

Türkiyə-İraq Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmasının 5-ci Görüşü

Türkiyə-İraq Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmasının 5-ci Görüşü

Türkiyə ilə İraq arasında təşkil olunan Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmasının 5-ci Görüşünə dair ortaq bildiriş yayımlandı. Bildirişdə terror təşkilatının lideri Öcalanın, terror təşkilatı PKK-nın ləğv edilməsi və silah tərk etməsi yönündə etdiyi çağırışın həyata keçirilməsinin əhəmiyyətinə vurğu edilib.

 

Toplantı, Türkiyə tərəfindən Xarici İşlər Naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın və Daxili İşlər Naziri Köməkçisi Münir Karaloğlu, İraq tərəfindən isə Baş Nazir Köməkçisi və Xarici İşlər Naziri Fuad Hüseyin və heyətinin iştirakı ilə Antalya şəhərində keçirildi. Toplantı sonrası yayımlanan ortaq bildirişdə tərəflər bir-birinin siyasi birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə verdikləri önəmi bir daha vurğulayıb. Tərəflər, hərbi, sərhəd təhlükəsizliyi, terrorla mübarizə, müdafiə sənayesi, enerji, su və İnkişaf Yolu Layihəsi də daxil olmaqla, bütün ikitərəfli sahələrdə uyğunluq və əməkdaşlığı artırmaq qərarlarını təsdiq ediblər.

 

İkitərəfli əlaqələri qarşılıqlı ziyarətlər vasitəsilə institusional və davamlı çərçivədə irəli aparmaq mövzusundakı ortaq iradələrini vurğulayan tərəflər, bu çərçivədə, İraq Baş Naziri Muhammed Şiya es-Sudani’nin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü toplantısını həyata keçirmək üçün 8 May tarixində Türkiyəyə edəcəyi ziyarətin əhəmiyyətinə diqqət çəkiblər. Tərəflər, terror təşkilatı PKK-nın hər iki ölkə üçün təşkil etdiyi ortaq təhlükə işığında, terror təşkilatının lideri Abdullah Öcalan’ın, PKK-nın ləğv edilməsi və silah tərk edilməsi yönündə etdiyi çağırışın həyata keçirilməsinin əhəmiyyətini bir daha vurğuladılar.

 

Mənbə:TRT
Ətirə İbayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər