00:00:00
Yazar
Admin User
21.12.2025 10:38 89 1 dəq oxuma
Dünya

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat

Türkiyədə FETÖ-yə qarşı növbəti əməliyyat

Türkiyədə son iki həftə ərzində FETÖ-yə qarşı keçirilən əməliyyatlar zamanı 76 şübhəli saxlanılıb, onlardan 50-si barəsində həbs qətimkan tədbiri seçilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial şəbəkəsində yazıb.

 

Nazirin bildirdiyinə görə, əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir, Bursa, Diyarbəkir, Hatay, Şanlıurfa, Samsun, Konya, Kayseri daxil olmaqla ümumilikdə 30-a yaxın vilayətdə həyata keçirilib.


Son iki həftə ərzində saxlanılan şəxslərin FETÖ-nün hazırkı strukturlarında fəaliyyət göstərdiyi, anketli telefonlar vasitəsilə təşkilat üzvləri ilə əlaqə saxladıqları, terror təşkilatı ilə əlaqəli qondarma yardım qurumlarını maliyyələşdirdikləri, eləcə də sosial şəbəkələrdə FETÖ təbliğatı apardıqları bildirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər