Türkiyədə rus turist aşan ağacın altında qaldı
Türkiyənin Muğla şəhərində şəlaləyə çıxmağa çalışan qrupun üzərinə ağacın aşması nəticəsində rusiyalı turist ölüb, biri ingilis olmaqla 2 nəfər yaralanıb.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Muğla şəhərində yağıntı səbəbindən kök hissəsində boşluq olduğu təsbit edilən ağac turistlərin üzərinə düşüb. Üç nəfər turist dərhal xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı Rusiya vətəndaşları Alla Medvedevo (63), Britaniyalı Emili Qrivet (19) və Servet Çoban (21) yaralanıb. Hadisə nəticəsində rusiyalı turist dünyasını dəyişib. Digər yaralıların müalicəsinin davam etdiyi bildirilib.
