00:00:00
Yazar
Admin User
22.05.2023 17:48 266 1 dəq oxuma
Dünya

Türkiyənin ABŞ-dakı baş konsulluğu binasına hücum

Türkiyənin ABŞ-dakı baş konsulluğu binasına hücum

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun yerləşdiyi Türkevi binasına hücum edilib.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, hücumdan sonra binanın girişindəki qapının şüşə hissəsi sınıb. Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu və Nyu York Polis İdarəsi hücumla bağlı hələlik açıqlama verməyib.


CNN TÜRK canlı yayımında Büşra Arslantaşın suallarını cavablandıran Nyu York Polis Xidmətinin keçmiş İcma Koordinatoru Erhan Yıldırım açıqlamasında “Çox kədərli bir hadisə ilə üzləşmişik. Söhbət yeni tikilmiş Türk Evindən gedir. İki il əvvəl onun açılışında iştirak etmişəm. Bu ərazi BMT-nin yerləşdiyi küçənin ön hissəsində yerləşir. Demək olar ki, hər meydanın kameralarla dolu olduğu bölgədir” - deyə qeyd edib.

 

Nyu-York polisinin Türkevi ətrafında təhlükəsizlik zolağı çəkdiyi və hücumla bağlı araşdırmalara başlanıldığı bildirilib.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər