Tabutda dirilən qadın günlər sonra vəfat etdi
Ekvadorda dəfn mərasimində tabutda sağ olduğu məlum olan yaşlı qadın günlər sonra dünyasını dəyişib.
İnformator.az xarici mətbuata istinadən xəbər verir ki, 76 yaşlı Bella Montoyanın ötən həftə Babahoyo şəhərindəki xəstəxananın həkimi tərəfindən öldüyü elan edilib. Dəfndə iştirak edənlər tabutdan tıqqıltı səsi eşidib və qadının sağ olduğunu görüb.
Ekvador Səhiyyə Nazirliyi onun yeddi gün reanimasiyada qaldıqdan sonra cümə günü işemik insultdan vəfat etdiyini təsdiqləyib.
