Tarkan və həyat yoldaşı Almaniyada səs verdi
Tarkan ikinci tur səs vermək hüququndan istifadə etdi.
İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, uzun müddətdir Almaniyada yaşayan məşhur müğənni Tarkan Türkiyə prezident seçkilərinin ikinci turuna həyat yoldaşı Pınar Dilek Tevetoğlu ilə qatılıb.
Pop ulduz sosial media hesabında səs verərkən çəkdirdiyi fotonu paylaşıb. O, fotonun açıqlama hissəsində bu ifadələri yazıb:
“Mən səsimi verdim, siz də verin. Hamımız üçün ən yaxşısı, ən xeyirlisi olsun”.
