00:00:00
Yazar
Admin User
18.12.2025 18:23 89 1 dəq oxuma
Dünya

“Terrorsuz Türkiyə” üzrə hazırlanan hesabat sabah TBMM-yə təqdim olunacaq

“Terrorsuz Türkiyə” üzrə hazırlanan hesabat sabah TBMM-yə təqdim olunacaq

AK Partiyanın “Terrorsuz Türkiyə” hədəfi ilə hazırladığı hesabat Prezident və AK Parti sədri Rəcəb Tayyib Ərdoğana təqdim edilib. Bildirilir ki, 15 bölmə və təxminən 53 səhifədən ibarət olan hesabat sabah Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə təqdim olunacaq.

 

AK Partiyanın mənbələrinə görə, TBMM-də yaradılmış Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının işi çərçivəsində hazırlanan hesabat tamamlanıb. Prezident Ərdoğanın rəy və təklifləri alındıqdan sonra sənəd TBMM-ə göndəriləcək. Bununla da komissiyada üzvü olan bütün siyasi partiya qruplarının hesabatları komissiyaya təqdim edilmiş olacaq.

 

TRT Haber

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər