Tesla Maska rekord maaş paketini təsdiqləyib
Teslanın rəhbəri Elon Mask, səhmdarlar tərəfindən təsdiqlənən və dəyəri təxminən 1 trilyon dollara çatan rekord məbləğli maaş paketi alıb.
Misilsiz bu razılaşma elektrikli avtomobil istehsalçısı şirkətin 6 noyabr, cümə axşamı keçirilən illik ümumi yığıncağında səslərin 75%-i ilə təsdiqlənib və iştirakçılar tərəfindən böyük alqışla qarşılanıb.
Mask 500 milyard dollardan artıq sərvəti ilə dünyanın ən varlı insanıdır.
Tesla səhmdarları Maskdan şirkətin bazar dəyərini 10 il ərzində əhəmiyyətli dərəcədə artırmasını gözləyirlər.
Mask bunu bacarsa və müəyyən edilmiş hədəfləri yerinə yetirsə, yüz milyonlarla yeni səhm ilə mükafatlandırılacaq.
BBC TÜRK
Lalə Qurbanlı