Texasda tornado: ölənlər var
Amerikanın Texas ştatında tornado nəticəsində 3 nəfər həyatını itirib.
İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikanın cənubundakı Texas ştatını tornado vurub. Tornadonun təsirindən ağaclar, elektrik xətləri və bəzi avtomobillər sıradan çıxıb. Rolling Plains-də elektrik kəsilməsi nəticəsində Jayton bölgəsində 700-dən çox abunəçi işıqsız qalıb.
Matador bələdiyyə sədri Pat Smis mətbuata verdiyi açıqlamada, Matador boyunca böyük ziyan meydana gəldiyini və 3 nəfərin öldüyünü bildirib.
Qeyd edək ki, dağıntılar altında qalan insanların axtarış-xilasetmə işləri davam edir.
Şəbnəm
