"Təhlükəli" pomidorlar Türkmənistandan Azərbaycana idxal edilib
Türkmənistandan Azərbaycana idxal edilən pomidor partiyalarında təhlükəli virus aşkarlanıb. Bu səbəbdən tədarükçü şirkətə qarşı məhdudiyyətlər tətbiq edilib.
Caliber.Az xəbər verir ki, fitosanitar nəzarət çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə “Katora 44” MMC-nin idxal etdiyi 56 tonluq pomidor partiyasından nümunələr götürülüb. Laborator müayinələrin nəticəsində məhsulda pomidorun qəhvəyi qırışıq meyvə virusu (Tomato brown rugose fruit virus) aşkarlanıb. Bu səbəbdən, yoluxmuş məhsulların məhv edilməsi və ya ölkənin gömrük ərazisindən kənara çıxarılması barədə qərar qəbul olunub. Tədarükçü müəssisəyə də məhdudiyyətlər tətbiq edilib. Eyni zamanda, yoluxmuş müəssisədə sağlamlıq tədbirlərinin görülməsi tələbi ilə Türkmənistanın səlahiyyətli orqanına rəsmi bildiriş göndərilib.
Caliber
Billurə Quliyeva