Titanik faciəsini görmək istəyən turistik sualtı qayıq yoxa çıxıb
1514 nəfərin ölümünə səbəb olan "Titanik" gəmisinin qalıqlarını göstərmək üçün turistik məqsədlə istifadə edilən sualtı qayıq yoxa çıxıb.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, Boston Sahil Mühafizəsi qrupları sualtı qayığın Atlantik okeanında itdiyini bildirib. Turistlər kiçik sualtı qayıqlarlarla Titanikin qalıqlarını görmək üçün on minlərlə dollar ödəyiblər.
Qeyd edək ki, sualtı qayıqda nə qədər turistin olduğu hələlik məlum deyil.
