Titanik filminin rejissorundan AÇIQLAMA: Fəlakəti öncədən təxmin etmişdim
"Titanik" filminin rejissoru Ceyms Kameron "Titan" sualtı qayığının başına gələcək fəlakəti bir neçə gün əvvəldən təxmin etdiyini bildirib.
İnformator.az xarici Reuters-ə istinadən bildirir ki, 1997-ci ildən bəri hər kəsə adından söz etdirməyi bacaran, baş rollarda Keyt Uinslet və Leonardo Di Kaprionun çəkildiyi əfsanəvi filmin rejissoru Kameron "Titan" sualtı qayığıyla bağlı fikirlərini paylaşıb.
Qayıq itkin düşən zaman gəmidə olduğunu və hadisədən bir gün sonra xəbər tutduğunu deyən rejissor “Mən nə baş verdiyini sümüklərimə qədər hiss etdim. Sualtı qayığın elektron və rabitə sistemi eyni vaxtda sıradan çıxıb, radio ötürücü cavabsız qalıb. Sualtı qayığa nə olduğunu bunlardan anladım” deyə qeyd edib.
