00:00:00
Yazar
Admin User
29.05.2025 09:25 200 1 dəq oxuma
Sosial

Təkrar ali təhsil üzrə sənəd qəbuluna başlanılıb

Təkrar ali təhsil üzrə sənəd qəbuluna başlanılıb

2025-2026-cı tədris ili üçün əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, sənəd qəbulu portal.edu.az üzərindən aparılır.

 

“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali və orta ixtisas təhsil müəssisələrində təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini elektron formada təqdim edə bilərlər.

Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər