00:00:00
Yazar
Admin User
03.07.2025 10:54 205 1 dəq oxuma
İdman

"Traktor"un oyunları Azərbaycanda canlı yayımlanacaq

"Traktor"un oyunları Azərbaycanda canlı yayımlanacaq

Təbrizin "Traktor" klubunun oyunları Azərbaycanda yayımlanacaq.

"İnformator.az" "Publik.az"-a istinadla xəbər verir ki, ötən mövsüm tarixində ilk dəfə İran çempionu olan və Asiya Çempionlar Liqasına vəsiqə qazanan "al qurdlar"ın turnirdəki oyunları ölkəmizdə nümayiş olunacaq. "İdman TV" Asiyanın bir nömrəli klub turnirinin yayım hüququnu alıb.

Kanal üçün priotet Azərbaycanda kifayət qədər azarkeşi olan "Traktor"un oyunlarını təqdim etməkdir. Bununla belə, tamaşaçılar turnirin digər qarşılaşmalarına da izləmək imkanı qazanacaqlar.

 

Qeyd edək ki, "İdman TV" yayımçı şirkətlə rəsmi müqavilə imzalayıb. Bununla bağlı bu gün sirli anons təqdim edilib. Yaxın zamanda isə bu xəbər ictimaiyyətə rəsmən açıqlanacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər