00:00:00
Yazar
Admin User
26.04.2025 19:54 247 1 dəq oxuma
Dünya

Tramp ABŞ-nin Ukrayna ilə bağlı danışıqlardan geri çəkilməyəcəyinə söz verib

Tramp ABŞ-nin Ukrayna ilə bağlı danışıqlardan geri çəkilməyəcəyinə söz verib

 

ABŞ prezidenti Donald Tramp ölkəsinin Ukrayna üzrə danışıqlar prosesindən geri çəkilməyəcəyinə söz verib. 

İnformator.az xəbər verir ki, bu haqda Estoniya prezidenti Alar Karis məlumat verib.

 

O, Roma Papası Fransiskin dəfn mərasimində ABŞ prezidenti ilə görüşdüyünü və mərasimdən sonra söhbət etdiyini bildirib.

 

"Sülh prosesinin necə getdiyini soruşdum və ondan prosesin davam etməsini təmin etmək üçün hər şeyi etməsini, ABŞ-ın bu missiyadan geri çəkilməməsini xahiş etdim. O, bunu edəcəyinə söz verdi”, - Estoniya prezidenti bildirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər